Vaxta sığmayan söhb t yaxud bir ovqat yazısı

Vaxta sığmayan söhbət… yaxud bir ovqat yazısı

Bəri başdan deyim ki, Mərdlər məkanına getmək üçün gərək “Koroğlu” tərəfə -“Çənlibel”ə üz tutasan. O “Koroğlu”nu deyirəm ki, paytaxt Bakının metro stansiyalarından birinə verilən addır. Və o “Çənlibel”i nəzərdə tuturam ki, adı mənim təxəyyülümdən doğan və elə “Koroğlu”nun yaxınlığındakı güllü- çiçəkli bir təpədir. Həmin təpənin yüksəkliyində isə “Misri qılınc”ın simvolik rəmzi ucalır. O ki qaldı …