Türk ordusu İraqı bombaladı 5 terrorçu m hv edildi

Türk ordusu İraqı bombaladı: 5 terrorçu məhv edildi

Türkiyə ordusunun “Pəncə” hərəkatı çərçivəsində İraqın şimalındakı Avaşin-Basyan və Metina bölgələrində həyata keçirdiyi aviaəməliyyatlarda 5 terrorçu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, əməliyyat zamanı PKK-nın silah anbarları və sığınacaqları da məhv edilib.