Pilot R şad Atakişiyevin n şi vida m rasimin g

Pilot Rəşad Atakişiyevin nəşi vida mərasiminə gətirildi – Video

İyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi vida mərasiminə gətirilib. Bizimyol.info xəbər verir ki, vida mərasimi bir azdan Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) keçiriləcək. Qeyd edək ki, pilotun nəşi dünən dənizdən tapılıb. Ramid İbrahimov