Partlayış baş ver n qaz k m ri il bağlı

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib. SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib: “Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. …