Paşinyan yeni inqilabın başladığını elan etdi

Paşinyan yeni inqilabın başladığını elan etdi

Ermənistanda ümumxalq iqtisadi inqilabı başlanılıb. “Sputnik-Armeniya”nın yaydığı məlumata görə, bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə hökumət proqramını təqdim edən zaman səsləndirib. Paşinyan bildirib ki, Ermənistan bir daha kriminal-oliqarx idarəçilik sisteminə qayıtmayacaq. “Yaxın zamanda, vətəni kriminal-oliqarx və korrupsiyaçı idarəetmə sisteminin sonuncu batsillərindən (çöpşəkilli mikrob – red.) təmizləməliyik”,