NATO qırıcısı Şoyqunun t yyar sin yaxınlaşdı Rusiya Su-27 l

NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı, Rusiya “Su-27”ləri hərəkətə keçdi

NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb. “RİA Novosti” xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib. Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib. (Oxu.az)