G nc d 28 yaşlı g lin 2 yaşlı körp

Gəncədə 28 yaşlı gəlin 2 yaşlı körpəsi ilə birlikdə itkin düşdü

Gəncədə ana 2 yaşlı övladı ilə birlikdə itkin düşüb. Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Gəncəvi küçəsi, 2-ci döngə, ev 25-də yaşayan, 1991-ci il təvəllüdlü Qasımova Gülnar Gülşad qızı 2017-ci il təvəllüdlü Qasımov Harun Bahəddin oğlu ilə birlikdə iyulun 7-də günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.