Keşikçidağ da t mizlik işl ri aparılıb Foto

“Keşikçidağ”da təmizlik işləri aparılıb – Foto

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mağaralara gedən 300 metrlik təhlükəsizlik səddi bərkidilib. Qoruqdan verilən məlumata görə, mütəmadi olaraq qoruq ərazisində təmizlik və abadlıq işləri aparan əməkdaşlar ”İlham Əliyevadına zirvə” ətrafında salınan yaşıllıq parkında ağacların, dekorativ bitkilərin qurumuş budaqlarını təmizləyiblər. Həmçinin mağaralara gedən 300 metrlik təhlükəsizlik səddi bərkidilib və mağaraların içərisində təmizlik işləri aparılıb.

"Azərbaycan" News