Ş rqi Anadolu qara t slim oldu Foto

Şərqi Anadolu qara təslim oldu – Foto

Türkiyənin Şərqi Anadolu bölgəsi güclü qarın əsarətində qalıb. Bölgədə temperatur -15 dərəcəyə qədər düşüb. Bəzi yerlərdə qarın qalınlığı 2-3 metrə çatıb. Bitlis vilayətində birmərtəbəli evlər tamamilə qarın altında qalıb. Bir çox kəndlərlə əlaqə kəsilib. Məktəblərdə qar səbəbindən tətil elan edilib. (Oxu.az)